16:56
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin final yarışı başlayıb.
Teleqraf.com xəbər verir ki, 51 dövrədən sonra yarışın qalibi məlum olacaq.
Qeyd edək ki, pilotlar bu ardıcıllıqla yarışa çıxıblar:
1. Sebastian Fettel 1:42.538 ("Ferrari")
2. Lyuis Hemilton ("Mercedes")
3. Valtteri Bottas ("Mercedes")
4. Daniel Rikkiardo ("Red Bull Racing")
5. Maks Ferstappen ("Red Bull Racing")
6. Kimi Raykonnen ("Ferrari")
7. Esteban Okon ("Force India")
8. Serxio Peres ("Force India")
9. Niko Hülkenberq ("Renault")
10. Karlos Sayns ("Renault")
11. Lens Stroll ("Williams")
12. Sergey Sirotkin ("Williams")
13. Fernando Alonso ("McLaren")
14. Şarl Lekler ("Sauber")
15. Kevin Maqnussen ("Haas")
16. Stoffel Vandorn ("McLaren")
17. Pyer Qasli ("Toro Rosso")
18. Markus Eriksson ("Sauber")
19. Brendon Hartli ("Toro Rosso")
20. Romen Qrojan ("Haas")
"Force India" Esteban Okon və "Williams" komandasının pilotları ilk dövrədəcə qəzaya uğrayaraq yarışı tərk ediblər.
***
"Renault"un pilotu Niko Hülkenberqin bolidinin arxa sol təkərində yaranan nasazlığa görə yarışı tərk etməli olub. Bununla Azərbaycan Qran Prisində iştirak edən pilotların sayı 17-ə düşüb.
***
"Red Bull Racing" komandasının iki pilotu da yarışı dayandırmağa məcbur olub. Daniel Rikkardonun idarə etdiyi bolid 41-ci dövrədə trassda Maks Verstapenin bolidinə çırpılıb.
***
"Haas" komandasının pilotu Romen Qrojan 41-ci dövrdə idarəetməni itiriərək divara çırpılıb. Bununla da o, Azərbaycan Qran Prisində mübarizəni dayandırıb. Hazırda yarış 14 pilotun mübarizəsi ilə davam edir.
***
Yarışda birinci olan "Mercedes" komandasının pilotu Valtter Bottasın bolidinin sağ arxa təkəri partlayıb. Bununla da o yarışı dayandırıb.