15 May 2018 20:39
2 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərəyə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən bazar qaldığı oteldə türk futbolçuları qəbul edib.

Teleqraf.com xəbər verir ki, "Arsenal"da forma geyinən Məsut Özil, "Manchester City"də oynayan İlkay Gündoğan və bu mövsümdə "Beşiktaş"dan "Everton"a transfer olan Cenk Tosun Ərdoğanla görüşərək imzalı fotolarını ona hədiyyə ediblər.

Amma Avropada top qovan türk futbolçu Əmrə Can Ərdoğanla görüşdə içştirak etməyib.

Alman mətbuatının yazdığına görə, "Liverpool"da forma geyinın Əmrə Can dəvəti rədd edib. Səbəb kimi Ərdoğanın futbolçulardan siyasi təbliğat məqsədilə istifadə etməsi göstərilir.


Müəllif: Ayxan