13 Avqust 2014 01:30
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin yeni transferi Dieqo Kosta ilginc fikirlər səsləndirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ötən mövsüm "Atletiko" ilə Çempionlar Liqasının yarımfinalında London klubunun qapısına qol vurduğu üçün çox təəssüfləndiyini deyib:

"Səfərdə qalib gəldiyimiz matçda fərqləndiyim üçün çox təəssüflənirəm. O zaman azarkeşlərin komandasını necə dəstəklədiyini xatırlayıram. Azarkeşlər qarşılaşmanın sonuna qədər stadionu tərk etmədilər. Onların bu hərəkətlərini bəyəndim. Artıq "Çelsi"dəyəm. Burada uğur qazanmaq üçün çalışacam".

Qeyd edək ki, "Atletiko" ötən mövsüm ÇL-in yarımfinalında səfərdə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəlib. Madrid klubunun qollarından birini D.Kosta vurub.


Müəllif: