3 İyun 2018 23:12
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması Avropa çempionatının seçmə mərhələsində 2-ci yer uğrunda mübarizə aparır. 2-ci yerdən cəmi bir xal geri qalırlar. Güclü rəqiblə oynamağımız bizi sevindirir".

Teleqraf.com xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqovun Qazaxıstan yığması ilə yoldaşlıq oyunu öncəsi AFFA-nın saytına açıqlamasında deyib.

O, oyuna yaxşı hazırlaşdıqlarını bildirib: " Futbolçularımızı, komandamızı yoxlamaq istəyirik. Sabah, demək olar, U-20-nin 7-8 üzvünü əsas heyətdə meydana buraxacağıq. Daha gəncləşdirilmiş heyətimiz olacaq. Çalışacağıq ki, ilk növbədə yaxşı oyun, sonra da yaxşı nəticə olsun".

Qeyd edək ki, Qazaxıstan U-21 - Azərbaycan U-21 görüşü sabah keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər