5 İyun 2018 00:39
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı ulduz Kriştiano Ronaldonu Rusiyada keçiriləcək dünya çempionatı dövründə qarışıq döyüş növləri (MMA) idmançısı Qonsalo Salqado və keçmiş desantçı Nuno Marekos qoruyacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb.

Marekos artıq Çempionlaq Liqasının finalında Kiyevdə Ronaldonun mühafizəçisi olub. O, Portuqaliyada özəl mühafizə təşkilatının əməkdaşıdır.

MMA döyüşçüsü olan Salqado isə 2006-2011-ci illərdə super ağır çəki versiyası üzrə 5-i nokaut olmaqla 7 qələbə qazanıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə kimi Rusiyada keçiriləcək.


Müəllif: Ruslan