Fələstin Futbol Federasiyasının sədri, Fələstin xüsusi xidmətlərinin sabiq rəhbəri Cibril Rəcub Argentina Futbol Federasiyasının rəhbərliyinə, xüsusilə, ulduz futbolçu Messiyə təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, fələstinlilərin etirazlarından sonra Argentina İsraillə yoldaşlıq oyunu keçirməkdən imtina edib. Cibril Racub yerli sakinləri Messinin şəkillərini və formalarını yandırmağa səsləmişdi. Bundan başqa bir qrup fələstinli Argentina millisinin Barselonada məskunlaşdığı bazanın qarşısında etiraz aksiyası keçirib.
Bütün bunları nəzərə alan Argentina tərəfi isə iyunun 9-na planlaşdırılan matçı ümumiyyətlə ləğv etməyə qərar verib. Onlar həm də Qüdsə getməyi təhlükəsizlik baxımından da əlverişli hesab etməyiblər.