“Real Madrid” in hücumçusu Kriştiano Ronaldo komandanı tərk etmək qərarı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.
Futbolçu klub prezidenti Florentino Perez və baş direktor Joze Anxel Sançesdən narazıdır.
Ronaldonun sözlərinə görə, klub rəhbərliyi onunla müqaviləni yeniləyəcəyini deyiblər. Ancaq futbolçunun agenti “Kral” klubunun oyunçunu razı sala bilmədiyini bildirib.
Ronaldonun klubu tərk edəcəyi barədə xəbərlər mayın 26-da Çempionlar Liqasının finalından sonra yayılıb.
Qeyd edək ki, “Real”da ilə 21 milyon avro maaş alan Kriştianoya PSJ klubu 45 milyon təklif edib.
Hazırda dünyada yalnız bir futbolçu-Lionel Messi bu qədər maaş alır.