“Sumqayıt”ın Prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub.
Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, N.Süleymanov qarşıdakı 2 mövsümdə “Sumqayıt”ın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, millimizin sabiq üzvü olan 53 yaşlı mütəxəssis "Xəzər Lənkəran", "Olimpik" (Şüvəlan), "Neftçi" və U-19 millimizi çalışdırıb.