9 İyun 2018 23:44
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

"On gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik ki, komanda tam hazır olsun. Çox hərəkətli yığmaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım".

Bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov səfərdə Latviya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.

46 yaşlı mütəxəssis buraxılan qolu arxayınlıqla əlaqələndirib:

"Hesab 3:0 olanda bir çox futbolçularda adətən, bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq".

Qurbanov keçirilən yoldaşlıq görüşlərindən sonra təxmini start heyəti müəyyənləşdirdiyini də açıqlayıb:

"Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm".

Baş məşqçi UEFA Millətlər Liqasında milli komandanı çətin mübarizəni gözlədiyini və Kosovo, Malta və Farer adaları ilə görüşlərədək tam hazır olmalarını istədiyini diqqətə çatdırıb: "Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər