12 İyun 2018 00:39
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Dario Frederiko ilə 1 illik müqavilə imzalayıb. 26 yaşlı braziliyalı hücumçu "ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Frederiko ötən mövsüm "Kəpəz”də 13 oyunda meydana çıxıb və 4 qol vurub.


Müəllif: Teleqraf.com