14 İyun 2018 21:42
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA üzvləri 134/65 nisbətilə səs verərək Dünya Kubokunu 1994-cü ildən etibarən ilk dəfə Şimali Amerika qitəsinə qaytardı.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsinin yaydığı açıqlamada belə deyilir.

Qeyd olunur ki, 2026-ci ildə keçiriləcək turnirdə 48 komanda 16 şəhərdə yarışacaq:

“Bu şəhərlər arasında Kanadanın Edmonton, Meksikanın Mexiko, ABŞ-ın Mayami və Sietl kimi şəhərləri var. Onlar çempionatın oyunlarını qəbul edəcək. 1994-cü ildə ABŞ-da keçirilmiş Dünya Çempionatına gələn azarkeş sayı rekordunu indiyə qədər heç bir futbol çempionatı keçə bilməyib”.

Səfirlik ABŞ, Meksika və Kanadanı futbol üzrə 2026-cı il Dünya Çempionatının keçirilməsi hüququnu qazanması münasibətilə təbrik edib.

Qeyd edək ki, FİFA-nın İcraiyyə Komitəsi dünən Moskvada keçirilən iclasında 2016-cı ildə dünya çempionatının 3 ölkədə – ABŞ, Kanada və Meksikada keçirilməsi ilə bağlı qərar qəbul edib. Yekun səsvermədə bu ölkələrə Mərakeş uduzub.


Müəllif: Səxavət

Oxşar xəbərlər