15 İyun 2018 21:32
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Teleqraf.com xəbər verir ki, günün ilk matçı ilə “A” qrupunda birinci tura yekun vurulub. Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Görüşdə Cənubi amerikalılar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.

“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkir. Sankt-Peterburqda keçirilən bu görüşü türkiyəli hakim Cüneyt Çakır idarə edir.

İkinci oyun gününün son matçında isə azarkeşlər Portuqaliya - İspaniya qarşılaşmasına tamaşa edəcəklər. Xulen Lopoteginin qovulmasından sonra İspaniya millisinin baş məşqçisi təyin olunan Fernando Yerro Portuqaliya ilə görüşdə yeni vəzifəsində debüt edəcək.

15 iyun

DÇ-2018

B qrupu

19:00. Mərakeş - İran - 0:1
Qol: Aziz Buhadduz, 90+5-avtoqol

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Sankt-Peterburq" stadionu

22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt" stadionu

A qrupu

16:00. Misir - Uruqvay - 0:1
Qol: Xose Ximenes, 90
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi stadion


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər