Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
Teleqraf.com xəbər verir ki, son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.
Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib.
Portuqaliya – İspaniya – 3:3
Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.
Soçi, “Fişt” stadionu