16 İyun 2018 15:55
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın futbol üzrə dünya çempionatının açılış oyununda Rusiyaya məğlubiyyətə görə komandasını cərimələmə qərarına idman qurumunun prezidenti Türki əş Şeyx reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı İdman qurumunun prezidenti Türki əş Şeyx özünün Tvitter hesabında komandanın çempionata yaxşı hazırlaşmasına baxmayaraq istənilən oyunu sərgiləyə bilmədiyinə görə çox üzüldüyünü bildirib.
“Komandamızın qalib gəlməsi üçün əlimizdən gələni etdik, 3 il futbolçuların bütün xərclərini qarşıladıq, dünya şöhrətli məşqçi gətirdik. Amma oyunçuların istedadı və potensialı bu qədərdir və bununla barışmaq lazımdır”, - deyə Türki əş Şeyx bildirib.
Türki əş Şeyx Səudiyyə Ərəbistanı komandasının zəif oyununa görə şahzadə Məhəmməd bin Salman və azarkeşlərdən üzr istəyib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər