Məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldonun hamilə olması iddiası ilə gündəmdən düşməyən sevgilisi Georginiya Rordrigez Rusiyada paparazzilərin obyektivinə tuş gəlib. Görüntüdə Georginiyanın bahalı üzüyü də diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, üzüyün 615 min funt qiyməti var.
O, Ronaldonu izləmək üçün futbol üzrə dünya çempionatının keçirildiyi Rusiyaya gəlib.
Georginiyanın bahalı üzüyünün müzakirə olunduğu bu günlərdə məşhur cütlüklə bağlı daha bir iddia ortaya çıxıb. Ronaldo və Georginiyanın Kriştianu Cuniyor, Yeva Marina və Matteodan sonra daha 4 uşağı övladlığa götürmək barədə qərar verdikləri bildirilir.
Bahalı üzük və ailə planlaşdırması ilə bağlı müzakirələr Georginiyanın hamilə olduğu iddiasını da təsdiq edir.
Qeyd edək ki, Ronaldo ilə məşhur model Georginiya Rodrigez 3 il əvvəl İngiltərədə tanış olublar.