Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” komandası ilk yoxlama oyununa çıxıb.
Rəqib Albaniyanın "Kukesi” klubu olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 79-cu dəqiqədə Stiven Jozef-Monroz açıb. Lakin "qırmızı-qaralar" uzatma dəqiqələrində qələbəni əldən veriblər. Albaniya təmsilçisi bərabərlik qolunu vuraraq, məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, "Kukesi" 2017-2018 mövsümünü vitse-çempion kimi başa vurub. Lakin çempion "Skenderbeu" danışılmış oyunlarda iştirak faktı ilə əlaqədar avrokuboklardan kənarlaşdırıldığından, Çempionlar Liqasına "ağ-göylər" yüksəlib. Bu klub I təsnifat mərhələsində Malta "Valletta"sını üstələməyi bacarsa, növbəti mərhələdə "Qarabağ"a rəqib ola bilər. Amma bunun üçün Azərbaycan təmsilçisi də Sloveniya "Olimpiya"sını keçməlidir.
Digər tərəfdən, hazırda "qırmızı-qaralar"ın heyətində yer alan Rauf Əliyev ötən mövsümün ilk yarısını məhz "Kukesi"də keçirib.
Yoxlama oyunu
20:00. "Qəbələ" - "Kukesi" - 1:1
"Qəbələ"nin qolu: Stiven Jozef-Monroz, 79
"Qəbələ": 22. Dmitri Bezotosnı 3. Vojislav Stankoviç 27. Bəhlul Mustafazadə 18. İlqar Qurbanov 34. Ürfan Abbasov 4. Elvin Camalov 8. Qismət Alıyev 11. Asif Məmmədov 33. Təmkin Xəlilzadə 28. Stiven Jozef-Monroz 10. Rauf Əliyev
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 35. Murad Popov 5. Rasim Ramaldanov 7. Roman Hüseynov 26. Faiq Hacıyev 29. Hacıağa Hacıyev 32. Amin Seydiyev 88. Sabien Lilay 89. Abbas Ağazadə
Moravske Toplitse