26 İyun 2018 22:13
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsveç millisinin dünya çempionatında İbrhimoviçsiz oynamağına baxmaq mənim üçün çətindirmi? Yox”.

Bu sözləri İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç deyib. Ölkəsinin dünya çempionatındakı çıxışını dəyərləndirən “Los-Anceles Qelaksi”nin hücumçusu maraqlı fikirlər səsləndirib:

“İlk oyunlarda hiss etdim ki, mən onlardan daha yaxşı oynaya bilərəm və bu hiss hələ də məni tərk etməyib. Hərdən isə elə məqam olur, özümə deyirəm ki, qoy, öz işlərini görsünlər və bundan zövq alsınlar. Çünki mən milliyə gələndə xoşbəxt deyildim. Digərlərindən fərqlənirdim. Amma çətinliklərlə mübarizə aparıb yığmanın kapitanı oldum. Futbolçu üçün bundan yüksək səviyyə ola bilməz”.

Qeyd edək ki, İsveç millisi qrupda keçirdiyi oyunlarda Cənubi Koreyanı məğlub edib (1:0), Almaniyaya isə uduzub - 1:2.

/Qol.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər