27 İyun 2018 20:47
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatında F qrupuna yekun vurulub.

Teleqraf.com xəbər verir ki, çempionatda ilk sensasiya reallaşıb.

Son dünya çempionları Almaniya Cənubi Koreya millisinə 0:2 uduzaraq qrup sonuncusu olub. İsveç isə Meksikaya 3:0 qalib gələrək qrup lideri kimi adını 1/8 finala yazdırıb. Beləliklə, İsveçlə Meksika pley-offda mübarizə aparacaq, koreyalılar və almanlarsa vətənlərinə geri dönməli olacaqlar.


Müəllif: Ruslan