1 İyul 2018 20:40
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatının 1/8 final matçında İspaniya və Rusiya milli komandaları üz-üzə gəlib.

Teleqraf.com-un məlumatına görə, Moskvadakı "Lujniki" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesablı bərabərlik qeydə alındığından matça əlavə vaxt artırılıb. Lakin komandalar əlavə vaxtda da hesabda fərqlənə bilməyiblər.

Buna görə də, qalib penaltilər seriyasında məlum olub. Penaltilər seriyasında Rusiya yığması qalib gəlib.

Qeyd edək ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar:

İspaniya: 1. David De Xea, 3. Xerard Pike, 4. Naço, 5. Serxio Buskets, 8. Koke, 15. Serxio Ramos, 18. Xordi Alba, 19. Dieqo Kosta, 20. Marko Asensio, 21. David Silva, 22. İsko

Rusiya: 1. İqor Akinfeyev, 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodor Kudryaşov, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər