Kriştiano Ronaldo İtaliyanın "Yuventus" klubuna keçməyə razılıq verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri yazıb. Ronaldonun "qoca sinyora"da 30 milyon avro maaş alacağı bildirilir. Bu hazırki ödənişindən 9 milyon çoxdur. İtalyanların 33 yaşlı hücumçu üçün "Real"a 100 milyon təklif etdiyi məlumdur.
Hazırda klublar arasında danışıqlar davam edir.