Rusiyada keçirilən dünya çempionatının 1/4 final mərhələsində keçirilən Uruqvay-Fransa matçında qeyri-adi hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, oyun zamanı Fransa yığmasının qapıçısı Uqo Lyorisin ağzına çəyirtkə girib. 32 yaşlı qolkiper həşəratı ağzından yerə atıb.
Qeyd edək ki, Uruqvay-Fransa matçında fransızlar rəqibin qapısından iki cavabsız top keçirib.