Moskvanın "Spartak" futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından getdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Səmədob dünya çempionatında 1/4 final mərhələsinin Xorvatiyaya qarşı matçdan sonra karyerasına son qoyduğunu bəyan edib. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ yarımmüdafiəçi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.
Hazırda Səmədovun 33 yaşı var.