9 İyul 2018 08:28
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatını erkən başa vuran Almaniya millisinin türk oyunçusu Məsut Özilin atası Mustafa Özil oğlunun millini tərk etməli olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, M.Özil oğluna qarşı haqsızlıqlar edildiyini düşünür: "Oğlum 9 ildir millidə oynayır. Udanda komanda udur, Uduzanda Məsut günahkar olur?"

Özilin Ərdoğanla şəkil çəkdirməsinə münasibət bildirən atası bunun bir nəzakət qaydası olduğunu qeyd edib: "Özil çox utancaqdır. Onun Merkellə də fotosu var. Məsutun siyasətlə heç bir əlaqəsi yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər