12 İyul 2018 23:12
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" klubu Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb.

Teleqraf.com xəbər verir ki, "ağ-qaralar" I təsnifat mərhələsinin evdə keçirdikləri ilk matçında Macarıstan "Uypeşt"ini üstələyiblər.

Oyunda hesabı 8-ci dəqiqədə Daniel Naginin qolu ilə qonaqlar açıb. Ancaq Baqali Dabo 24 və 71-ci dəqiqələrdə fərqlənməklə, "Neftçi"ni önə keçirib.

Emin Mahmudov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub - 3:1.

Qeyd edək ki, Avropa Liqasının bu gün keçirilən digər matçlarında Azərbaycan təmsilçiləri "Qəbələ" və "Keşlə" uduzub. "Qırmızı-qaralar" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Keşləlilər isə Maltada "Baltsam"a 1:4 hesabı ilə məğlub olub.

I təsnifat mərhələsinin cavab oyunları iyulun 19-da keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

19 iyul

21:00. "Neftçi” (Azərbaycan) – "Uypeşt” (Macarıstan) - 3:1

Qollar: Baqali Dabo, 24; 71. Emin Mahmudov, 90+2 - Daniel Nagi, 8

Hakimlər: Dennis Hiqler, Yoost van Zuylen, Yohan Balder, Simen Mulder (hamısı Hollandiya)

Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı. "Dalğa Arena”.


Müəllif: Teleqraf.com