14 İyul 2018 07:35
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlbəttə, azarkeşlər Argentina yığmasından daha çox şey gözləyirdi. Fransa ilə oyunda onların üzərində çox böyük gərginlik var idi. İndi franszlar finaldadır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino “Goal.com”a açıqlamasında deyib.

O, Argentinanın lideri Lionel Messini zəif oyununa görə tənqid edənlərlə razılaşmadığını bildirib: “Futbolda hər zaman qalib gəlmək mümkün deyil. Messi həmişə olduğu kimi əla oynadı, gözəl qol vurdu. Bundan artığını da edə bilərdi. Lakin Messi haqqında danışmağa dəyməz. O, son 10 ildə bizim futbol xəyalımızdadır. Əminəm ki, o bunu hələ uzun illər davam etdirəcək”.


Müəllif: Teleqraf.com