14 İyul 2018 23:59
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışı keçirilir.

"Report"un məlumatına görə, qitə turnirinin ilk günündə millimizin üzvləri 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və Vüqar Şirinli bürünc medal əldə edib. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev də bürünc medala yiyələnib.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.


Müəllif: Teleqraf.com