Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək. Bu, Xorvatiyanın tarixində ilk finaldısa, fransızlar 20 və 12 il əvvəl bu həyəcanı yaşayıblar.
Hər iki komanda dünya çempionatları tarixində ən yaxşı nəticəsini Fransada keçirilən yarışda qazanıb. Ev sahibi Fransa DÇ-1998-in qalibi olduğu halda, Xorvatiya həmin mundialda bürünc medal qazanıb. O zaman bu 2 komandanın yarımfinaldakı mübarizəsndən Fransa qalib ayrılmışdı - 2:1.
DÇ-2018
Final
15 iyul
19:00. Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.