15 İyul 2018 17:55
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremldə 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsilə bağlı təntənəli mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Qətər əmiri Təmim ben Həmad əl-Tani və FİFA prezidenti Canni İnfantino iştirak ediblər.

Mərasim zamanı Putin dünya çempionatı 2018-də Fransa və Xorvatiya yığmalarının oynayacağı topu Qətər əmirinə verib.

“ Bu idman növünü ölkəmizdə təşkil etdiyimiz üçün fəxr edirik. Ölkə olaraq futboldan və azarkeşlərdən böyük həzz aldıq”, - deyə Putin bildirib.

Həmçinin Putin Dohada Rusiya kimi mundialın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.


Müəllif: Teleqraf.com