15 İyul 2018 20:55
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Xorvatiya arasında dünya çempionatının final matçı başladı.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar.

Fransa: 1. Uqo Lyoris, 2. Benjamen Pavar, 4. Rafael Varan, 5. Samüel Yumtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. NQolo Kante, 14. Bleyz Matüidi, 21. Lukas Ernandes

Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Striniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Marselo Brozoviç, 17. Mario Mancukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

****

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək. Bu, Xorvatiyanın tarixində ilk finaldır, amma fransızlar iki dəfə bu həyəcanı yaşayıblar.

Hər iki komanda dünya çempionatları tarixində ən yaxşı nəticəsini Fransada keçirilən yarışda qazanıb. Ev sahibi Fransa DÇ-1998-in qalibi, Xorvatiya isə həmin mundialda bürünc medala sahib olub. O zaman bu iki komandanın yarımfinaldakı mübarizəsndən Fransa qalib ayrılmışdı - 2:1.

19:00. Fransa - Xorvatiya

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.

DÇ-2018

Final

15 iyul

19:00. Fransa - Xorvatiya - 4:2 (İkinci hissə)

Qollar: Mandzukiç, 18-avtoqol (1:0), Perişiç, 29 (1:1), Qrizmann, 38-pen (2:1), Poqba, 59 (3:1), Mbappe, 65 (4:1), Mandzukiç, 69 (4:2)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər