16 İyul 2018 00:07
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa millisinin baş məşqçisi Didye Deşam tarixə düşüb.

Teleqraf.com xəbər verir ki, o, həm məşqçi, həm də futbolçu kimi dünya çempionu olan üçüncü şəxs olub. 1998-cı ildə Fransa millisi ilə futbolçu kimi dünya çempionatının kubokunu qazanan 49 yaşlı mütəxəssis DÇ-2018-də məşqçi olaraq bu uğura nail olub.

Qeyd edək ki, bundan əvvəl braziliyalı Mario Zaqallo və alman Frans Bekkenbauer həm futbolçu, həm məşqçi kimi mundialın kubokunu qazanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər