17 İyul 2018 00:15
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qalibi Fransa millisi vətənə dönüb.

Teleqraf.com xəbər verir ki, Şarl de Qol hava limanında çempionları Fransanın idman naziri Lora Flessel qarşılayıb.

Didye Deşamın rəhbərlik etdiyi komandanı Yelisey çölündə geniş bayram tədbirləri gözləyir. Bu tədbirlərə yüz minlərlə azarkeşin qatılacağı gözlənilir.

Çempionları Fransa prezidenti Emanuel Makron da qəbul edəcək: komandanın üzvləri Fəxri legion ordenləri ilə təltif ediləcəklər.


Müəllif: Teleqraf.com