17 İyul 2018 01:25
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli FİFA referisi Cüneyt Çakır dünya çempionatı üçün getdiyi Rusiyadan qayıdıb.

Teleqraf.com xəbər verir ki, təcrübəli hakim hava limanında həmvətənləri tərəfindən coşqu ilə qarşılanıb. Onu qarşılamağa gələnlərə təşəkkür edən referi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, C.Çakır mundialda qrup mərhələsində Mərakeş – İran, Nigeriya – Argentina, yarımfinalda isə Xorvatiya – İngiltərə oyunlarını idarə edib. O, Rusiya – Misir matçında isə 4-cü hakim funksiyasını yerinə yetirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər