İtaliyanın "Yuventus" klubunun yetirməsi, Polşanın "Legiya" (Varşava) komandasının futbolçusu Kristian Pasquato "Qarabağ" klubunun təklifinə "yox" cavabı verib.
Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi 29 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, italiyalı oyunçu Azərbaycan klubunda çıxış etməkdən imtina edib.