18 İyul 2018 23:28
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" UEFA Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb.

Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun qolsuz bərabərliklə yekunlaşıb.

Səfərdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi II təsnifat mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, “Qarabağ” növbəti raunda Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com