19 İyul 2018 14:20
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” klubunun hücumçusu Lionel Messi komandaya PSJ-nin müdafiəçisi Tomas Meunierin gətirilməsini istəyib.

Teleqraf.com “Diario Gol”a istinadən xəbər verir ki, Messi müdafiəçinin komandanın oyununu gücləndirə biləcəyinin söyləyib. Bununla yanaşı, Meunierin transferi Serxio Robertonun da öz mövqeyinə çəkilməsinə kömək edə bilər.

Dünya çempionatından əvvəl T. Meunier PSJ-də qalmaq istədiyini söyləyib.

Qeyd edək ki, yeni sezonda PSJ-yə Tomas Tüxel başçılıq edəcək.


Müəllif: Ruslan