"Yuventus"un yeni transferi Kriştiano Ronaldo növbəti açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, yeni klubu ilə əsas hədəflərə nail olmaq istədiyini deyib: "Yuventus"la 4 illik müqavilə imzaladım. Burada olduğum üçün xoşbəxtəm. "Yuventus" ən böyük klublardan biridir. Klubumla əsas hədəflərə nail olacağıma ümid edirəm. İtalyan azarkeşləri sevindirmək istəyirəm".
Qeyd edək ki, Ronaldo bu ay 112 milyon avroya "Real"dan "Yuventus"a transfer olunub.