22 İyul 2018 08:40
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Traktor Sazi” futbol klubu heyətini gücləndirməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, Şotlandiyanın “Qlazqo Reyncers” klubunun oyunçusu Harri Forster “Traktor”a cəlb edilib.

İngilis futbolçu Azərbaycan klubu ilə 2 illik müqavilə imzalayıb.

27 yaşlı Harri Forster məşhur ingilis futbolçu Stiven Cerrardın yetirməsidir. “Traktorun” uelsli baş məqçisi Con Toşak Forsterə böyük etimadının olduğunu deyib.

Qeyd edək ki, Harri Forster bu mövsümdə “Traktor”a transfer edilən ilk əcnəbi oyunçudur.

Digər yandan, İrlandiya milli komandasının oyunçusu Antonio Stokesin də Təbriz klubuna cəlb olunduğu bildirilir. Futbolçu klubla 2 illik müqavilə bağlayaraq Con Toşakın yetirmələrinin sıralarına qoşulub. 29 yaşlı irland komandada hücum mövqeyində yer alacaq.


Müəllif: Mənsur Rəğbətoğlu