PSJ-nin prezidenti Nasser Əl-Xelayfi “Bastiya”nın oyunçusu Brandaonun futbolçuları Tiaqo Mottanı kəllə ilə vurmasına münasibət bildirib.
O qeyd edib ki, Fransa Futbol Federasiyası Brandaonun bu hərəkətinə sərt qiymət verməlidir.
“O, futboldan ömürlük uzaqlaşdırılmalıdır” – deyə PSJ prezidenti bildirib.
Hadisəyə “Bastiya”nın baş məşqçisi Klod Makelele də münasibət açıqlayıb. O qeyd edib ki, Brandaonun hərəkəti idman prinsipləri ilə bir araya sığmır: “Biz ona lazım olan cəzanı verəcəyik”.
Xatırladaq ki, insident PSJ – “Bastiya” oyunundan sonra baş verib. Brandao Mottanı kəllə ilə vurub. Nəticədə italiyalı oyunçunun burnu qırılıb./qol.az/