23 İyul 2018 07:18
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Tvitter”də məlumat verib.

29 yaşlı oyunçu bu addımını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londondakı görüşündən sonra Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətlə əlaqələndirib:

“Son hadisələrlə bağlı xeyli düşündükdən sonra daha Almaniya millisində oynamamağı qərara aldım. Çünki özümə qarşı irqçi və ədalətsiz münasibət hiss edirəm. Millinin formasını hər zaman qürur və sevinclə geyinmişəm. İndi isə belə deyil.

Bu qərarı qəbul etmək çox çətin oldu. Həmişə komanda yoldaşlarım, məşqçilərim və alman xalqı üçün meydanda hər şeyimi ortaya qoymuşam. Ancaq Almaniya Futbol Federasiyası rəsmilərinin türk mənşəyimə hörmətsiz yanaşdıqlarını və məni eqoistcə siyasi təbliğata apardıqlarını görəndə, düşündüm ki, artıq bəsdir. Bunun mənim futbolçu olmağımla bir əlaqəsi yoxdur. Sadəcə, oturub, bunlara göz yummayacağam. Çünki irqçilik qəbulolunmaz bir şeydir”.

Qeyd edək ki, Özil “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı. Rusiyada keçirilən dünya çempionatında da Özül zəif çıxışı ilə diqqət çəkmişdi. Məhz bundan sonra ona qarşı çirkin kampaniya güclənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər