23 İyul 2018 23:29
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Futbol Federasiyası dünən millidəki karyerasını bitirdiyi açıqlayan Məsut Özilin qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, qurum yaydığı bəyanatda türk əsilli futbolçunun irqçiliklə bağlı ittihamlarına da cavab verib:

"Məsut Özil Almaniya forması ilə 92 oyun keçirib. DÇ-2014-ü qazanmağımızda böyük pay sahibidir. Buna görə də göstərdiyi performans üçün ona minnətdarıq. Ancaq federasiyanın adının irqçiliklə əlaqələndirilməsini qəbul etmirik. Məsut Özil milli komandadakı çıxışına davam etsəydi, sevinərdik. Amma qərarına da hörmətlə yanaşırıq".

Qeyd edək ki, Özil dünən "Tvitter" hesabı vasitəsilə verdiyi açıqlamada Almaniya ictimaiyyətini ona qarşı irqçi münasibət bəsləməkdə günahlandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər