İtaliyanın “Yuventus” klubunun portuqaliyalı Kriştiano Ronaldonu heyətinə qatmasından iştaha gələn “İnter” də Lionel Messini transfer etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Pirelli” şirkətinin rəhbəri Marco Tronchetti Provera söyləyib:
“Suning Group feyr pley məsələsini həll edərək böyük bir transferə imza ata bilər. Məsələn, Messiyə kim yox deyə bilər?”
Qeyd edək ki, “Suning Group” “İnter” klubunun səhmlərinin 68,55 faizinə sahibdir.