1 Avqust 2018 09:23
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub.

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir.

“Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.

1 avqust

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər