5 Avqust 2018 00:45
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın PSJ klubu ardıcıl olaraq 6-cı ölkə superkubokunun qalibi olub.

Paris futbolçuları bu uğura “Monako” ilə keçirilən matçda imza atıblar.

Çinin "Şençjen Siti" stadionunda keçirilən final qarşılaşmasında PSJ rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qalib komandanın heyətində Anxel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqləniblər.

Bu, PSJ-nin yeni baş məşqçisi Tomas Tuxelin komandanın sükanı arxasında ilk rəsmi matç olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər