9 Avqust 2018 07:35
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, 22 yaşlı oyunçunun təlim-məşq toplanışındakı çıxışı klubun baş məşqçi heyətini qane etməyib. Bununla bağlı klub rəhbərliyinə məlumat verilib. Komandanın baş məşqçisi Ünal Karaman gənc hücumçunun ehtiyat oyunçular skamyasında oturmaq şansının belə olmadığını vurğulayıb.

Bundan sonra rəhbərlik R.Şeydayevin "Trabzonspor"dan alacaqları qarşılığında ona azad agent statusu verməyi təklif edb. Ancaq millimizin üzvünün bu təklifə müsbət cavab vermədiyi bildirilib.

Qaradəniz təmsilçisi ilə 2020-ci il mayın 30-na kimi müqaviləsi olan R.Şeydayevin gələcəyinin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər