Braziliya millisinin sabiq hücumçusu Ronaldo pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, 41 yaşlı braziliyalı İbitsa adasında dincələrkən güclü soyuqdəyməyə məruz qalıb. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.
Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.