Avqustun 18-dən 24-dək Rusiyanın Qroznı şəhərində kişi boksçular arasında beynəlxalq turnir keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan 10-cu yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığmamızın məşqçilər korpusu Qroznıda 10 boksçuya şans verəcək. Komandamız turnirdə Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) ilə təmsil olunacaq.