18 Avqust 2018 20:41
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 18-də Topaz Premyer Liqasının ikinci turuna "Səbail" - "Qarabağ" oyunu ilə start verilib.

Teleqraf.com xəbər verir ki, "Bayıl Arena"da keçirilən oyunda "Qarabağ" "Səbail" klubunun qapısından iki cavabsız top keçirib. Ağdam təmsilçisinin heyətində oyunun 27-ci və 86-cı dəqiqələrində Mahir Mədətov fərqlənib.

Qeyd edək ki, "Səbail" ilk turda "Qəbələ"yə məğlub olub (3:0). "Qarabağ"ın isə avrokuboklarla əlaqədar olaraq birinci turda "Zirə" ilə oyunu təxirə salınıb.


Müəllif: Teleqraf.com