“Kyevo” - “Yuventus” matçında debüt edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo rəqibin qapıçısı Stefano Sorrentino ilə toqquşaraq ona xəsarət yetirib.
Trend-in məlumatına görə, 39 yaşlı qapıçı S.Sorrentino oyuna davam edə bilməyib və əvəzlənib.
Zədə nəticəsində qapıçıya burun sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, matç "Yuventus"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.