"Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi “Alanyaspor”dan Əmrə Akbabanı transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Türkiyə millisinin üzvü yeni komandasında 1 milyon 750 min avro qazanacaq.
Qeyd edək ki, “Qalatasaray” bu keçid üçün “Alanyaspor”a 4 milyon avro təzminat ödəyib.