Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu "Neftçi" və "Qəbələ" komandaları arasında keçirilib.
Teleqraf.com xəbər verir ki, "Dalğa Arena"da təşkil olunmuş turun mərkəzi qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Hesabı 36-cı dəqiqədə Baqali Dabo açıb. Hazırda flaqmanın heyətində çıxış edən fransalı hücumçu keçmiş komandasını məyus edib.
"Neftçi" ikinci hissəyə də qolla başlayıb. 48-ci dəqiqədə daha bir yeni transfer Dario Frederiko fərqlənib.
"Qəbələ"nin təsəlli qolunu isə 85-ci dəqiqədə Rauf Əliyev vurub.
Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan "Neftçi" 6 xalla vahid liderə çevrilib. İlk məğlubiyyətlə üzləşən "Qəbələ" isə ikinci pilləyə enib. "Qırmızı-qaralar"ın 3 xalı var.
Turun ilk iki oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib, "Zirə" "Keşlə" ilə heç-heçə edib - 1:1. Hazırda davam edən son oyunda "Sabah" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edir. 10-cu dəqiqədə meydan sahibləri Marko Deviçin qolu ilə öndədir - 1:0.
Azərbaycan Premyer Liqası, II tur
19 avqust (bazar)
18:30. "Neftçi” – "Qəbələ” - 2:1
Qollar: Baqali Dabo, 36. Daro Federiko, 48 - Rauf Əliyev, 85
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov